Federer qrupdakı ilk qalibiyyətini qazandı
Roqer Federer qrupdakı ilk qalibiyyətini qazanıb.

İdman.com.az saytının məlumatına görə, ATP Dünya Turunun B qrup finalçısı isveçrəli oyunçu Roqer Federer fransız Rikard Qasquetini 2-0 hesabı ilə məğlub edərək, qrupdakı ilk qalibiyyətini qazanıb.

Londonda davam edən finalın 4-cü günündə, qruplarındakı ilk matçlarını itirən isveçrəli oyunçu fransalı Qasqut ilə qarşı-qarşıya gəlib. Finalda 6 dəfə çempionluq sevinci yaşayan 32 yaşlı tennisçi fransız rəqibinə qarşı bu günə qədər etdiyi 12 matçın 10-dan qalibiyyətlə ayrılaraq ilk setin 3 oyununda üstünlük əldə edib. 8-ci oyunda məğlub olan isveçrəli tennisçi bir sonrakı oyunda rəqibinə cavab verərək, yenidən önə keçib. 10 oyununda yer alan Federer 34 dəqiqə davam edən ilk seti 6-4 hesabı ilə qazanıb.

Xəbər 2362 dəfə oxundu.