Sonuncu lisenziya yarışı

İtaliyanın Kataniya şəhərində qılıncoynatma üzrə kişilər və qadınlar arasında London Olimpiadasına lisenziya verəcək dünya çempionatı keçiriləcək. Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədovun idman.com.az saytına verdiyi məlumata görə, yarışlarda ölkəmizi sablya və şpaqa üzrə qadınlar təmsil edəcəklər. Sablya üzrə 4, şpaqa üzrə isə 1 idmançımız mükafatalayiq yerlər uğrunda mübarizə aparacaq.

Yaşar Məmmədovun sözlərinə görə, qılıncoynadanlarımız dünya çempionatına hazırlıq məqsədilə oktyabrın 1-dən Kataniya şəhərində təlim-məşqlər keçəcəklər. Onlar hazırlıq prosesi keçmək üçün Kataniyaya məşqçi Fikrət Vəliyevin rəhbərliyi altında yollanacaqlar.

Qeyd edək ki, bu yarış qılıncoynadanlarımızın bu il ştirak edəcəkləri son lisenziya xarakterli turnirdir.

Xəbər 1920 dəfə oxundu.