Daşkəsəndə rayon birinciliyi keçirilib
4-5 noyabr tarixlərində Uşaq Gənclər İdman məktəbində “9 noyabr - Dövlət Bayrağı günü” münasibəti ilə yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.

61 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, bayraq gününün qeyd olunması və rayonda idmanın kütləviliyinin təmin edilməsi olub.

Sonda yüksək yerləri tutmuş idmançılar Daşkəsən rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 1058 dəfə oxundu.