Astana Arlans – Baku Fires: heyətlər məlumdur
Noyabrın 15-də “Baku Fires” klubu Ümumdünya Boks Seriyasının 2013/1014-cü illər mövsümündə ilk döyüşünə çıxacaq. Komandamız Almatıda Qazaxıstanın “Astana Arlans” klubu ilə qarşılaşacaq. Qeyd edək ki, “Astana Arlans” WSB liqasının son mövsümünün qalibidir. Bu döyüşdə çəkisi 49, 56, 64, 75 və 91 kq olan boksçular çıxış edəcək. Komandamızın heyətində 49 kq çəki dərəcəsində Xamza Nametov liqada ilk görüşünü keçirəcək. 20 yaşlı boksçu Rusiyada öz çəki dərəcəsində ən perespektivli idmançılardan sayılır. O, dəfələrlə Rusiya çempionatında mükafata layiq yerlər tututb. Nametovun rəqibi Ənvər Muzaparov olacaq. Rəqib komandanın heyətində ən tanınmış boksçu heç şübhəsiz ki, ukraynalı Sergey Derevyançenkodur. Məğlubedilməz Derevyançenkonun qarşısını Mixail Veselov almağa çalışacaq. Qazaxıstanlı Vasili Levitlə Abdulqadir Abdullayevin də döyüşü maraqla gözlənilir.
Xatırladaq ki, komandamız B qrupunda “Astana Arlans”, “Cuba Domadores”, “Hussars Poland”, “Mexico Guerreros” və Rusiya ilə mübarizə aparır.
Komandaların heyətləri artıq məlumdur:
Astana Arlans – Baku Fires
49 kq. Ənvər Muzaparov – Xamza Nametov

56 kq. Bağdat Alimbekov – Maqomed Qurbanov

64 kq. Aşxat Ualikxanov – Osman Əliyev

75 kq. Sergey Derevyançenko – Mixail Veselov

91 kq. Vasili Levit – Abdulqadir Abdullayev

Xəbər 1192 dəfə oxundu.