Neymar: “Messi daha bir “Qızıl Top” qazana bilər”
“Barselona” klubunun hücumçusu Neymar Çempionlar Liqasınının qrup mərhələsində "Milan"la qarşılaşdıqları oyun (3:1) haqda danışıb.

O, hər bir oyunda olduğu kimi bu qarşılaşmada da qazandıqları uğuru komandanın birliyi ilə əlaqələndirib:

“Çox sevinirəm ki, qələbə qazandıq və növbəti mərhələyə adladıq. Biz dəqiq bilirik ki, hansı istiqamətdə irəliləyirik. Amma ən əsası odur ki, biz bir komanda kimi böyüyək.

Braziliyalı hücumçu komanda yoldaşı Messi haqda da xoş sözlər deyib:

"Bizim Messimiz var. O, böyük futbolçudur, dahidir, dünyanın ən güclüsüdür. Düşünürəm ki, Messi növbəti dəfə “Qızıl Top”u qazana bilər.

Xəbər 969 dəfə oxundu.