Roberto Karlosdan "Valensiya" açıqlaması
Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos "Valensiya"nı çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Braziliyalı mütəxəssis İspaniya təmsilçisindən rəsmi təklif almadığını deyib:

"Kənardan bu haqda müəyyən məlumatlar eşidirəm. Ancaq mənimlə görüşən olmayıb. Yəni, rəsmi təklif almamışam. Əgər rəsmi təklif gəlsə, birbaşa olaraq klub rəhbərliyi ilə görüşərəm. Hələ ki, "Sivasspor"dayam. Deməli Türkiyədə uğurum var ki, belə xəbərlər yayılır. Bu tip təkliflər daha çox gələ bilər".


Xəbər 891 dəfə oxundu.