Skolari: "Tottinin oyununu çox bəyənirəm"
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari "Roma" klubunun kapitanı Françesko Totti haqda xoş sözlər deyib.

Braziliyalı mütəxəssis Tottinin oyununu çox bəyəndiyini bildirib:

"Tottinin oyununu çox bəyənirəm. O, çox yaxşı oynayır və komandasının uğuru üçün meydanda canını qoyur. Əgər Totti braziliyalı olsaydı, milli komandada ona daha çox şans verərdim.

Çünki Totti böyük futbol ənənələrinə malik futbolçudur. Ümumilikdə İtaliya millisinə dəvət alan futbolçuların hamısı Braziliya yığmasında da oynaya bilər. Totti haqda dediyim sözlər Andrea Pirloya da aiddir. O da özünəməxsus oyunu ilə seçilir. Bu baxımdan düşünürəm ki, İtaliya yığması dünya çempionu olmağa əsas namizədlərdən biridir".

Xəbər 708 dəfə oxundu.