Messi: "Əvvəlki formama qayıdıram"
"Barselona"nın futbolçusu Lionel Messi son durumu haqda danışıb.

Zədə səbəbindən son oyunlarda əvvəlki formasında olmayan oyunçu artıq tam sağaldığını bildirib.

Dünən Çempionlar Liqasının qrup mərhələsində "Milan"la matçda iki dəfə fərqlənən argentinalı hücumçu deyib ki, fiziki olaraq da bütün oyunlara hazırdır:

"İki dəfə qısa zaman kəsiyində zədələndim. Bu oyunuma da öz təsirini göstərdi. Amma yenidən əvvəlki formama qayıdıram. Ard-arda oynadığım qarşılaşmalardan sonra fiziki olaraq da hazır oldum".

Xəbər 850 dəfə oxundu.