La Liqanın ən çox qazanan məşqçiləri bəlli oldu
İspaniya La Liqasının ən yüksək maaş alan baş məşqçilərinin adı məlum olub.

La Liqanın ən çox gəlir əldə edən çalışdırıcısı illik 7 milyon yarım avro qazanan (vergisiz) "Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelottidir.

"Barselona"nın baş məşqçisi Xerardo Martino 4.5 milyon avro ilə ikinci pillədə qərarlaşıb. "Atletiko" (Madrid) klubunun çalışdırıcısı Dieqo Simeone isə 2 milyon avro ilə La Liqanın ən çox qazanan üçüncü baş məşqçisidir.

Xəbər 830 dəfə oxundu.