"Sadə səhvlərdən matçlar itiririk"
Acıbadem Qadınlar Voleybol Liqası qruplarından olan Çanaqqala Bələdiyəsporun klub başçısı İsmət Güneşhan sadə səhvlərlə matçları itirdiklərini ifadə edib:

"Sadə səhvlərdən matçlar itiririk. Liqa uzun bir marafondur. Bunları kompensasiya edəcəyik. Mütləq komandamız istədiyimiz nöqtəyə gələcək, ancaq bir az səbr lazımdır. Komandamıza yeni oyunçular əlavə etmişik. Ümid edirəm ki, hədəflədiyimiz yerə gələcəyik".

Güneşhan, həmçinin 10 noyabrda səfərdə Halkbank ilə edəcəkləri matçın əhəmiyyətli olduğunu da dilə gətirib.


Xəbər 882 dəfə oxundu.