UEFA nümayəndələri Zaqatala şəhər stadionuna baxış keçirəcək
Zaqatala şəhər stadionunda yenidənqurma işlərinin getməsi ilə əlaqədar, “Simurq” futbol komandası yeni mövsümdəki ev oyunlarını doğma arenada keçirə bilmirdi.

Artıq stadionda işlər tamamlanmış və komanda növbəti ev oyununu qəbul etməyə hazırdır. Ancaq UEFA nümayəndələrinin hələ də Zaqatala şəhər stadionuna baxış keçirmədiyindən və rəsmi icazə vermədiyindən “Simurq” bu turdakı ev oyununda səfərdə keçirməyə məcbur olub. Bununla bağlı Peşəkar Futbol Liqasına müraciət ünvanlanmış və qərara alınıb ki, Topaz Premyer Liqasının XIII turu çərçivəsindəki “Simurq” – “İnter” oyunu “Şəfa” stadionunda, üçüncü dövrənin matçı isə Zaqatala şəhər stadionunda keçirilsin.

Qeyd edək ki, UEFA nümayəndələri Zaqatalaya noyabrın 9-da gələcək və stadiona baxış keçirəcəklər. Rəsmi oyunların keçirilməsinə icazə verdikdən sonra komanda doğma arenada rəqiblərini qəbul edəcəkdir.

Xəbər 741 dəfə oxundu.