Ronaldo yeni rekord müəyyənləşdirdi
Kriştiano Ronaldo Lionel Messini qabaqlayıb.

"Real"ın portuqaliyalı ulduzu Çempionlar Liqasında "Yuventus"un qapısına qol vurmaqla yeni rekord müəyyənləşdirib.

Belə ki, ötən il Messi yanvarın 1-dən ilin sonunadək turnirdə 13 qol vurmuşdu. "Yuventus"la oyunda fərqlənən Ronaldo isə bu il Çempionlar Liqasında vurduğu qolların sayını 14-ə çatdırıb və rekordu Messinin əlindən alıb. Argentinalı ulduz bu il hələlik 7 dəfə fərqlənib.

Qeyd edək ki, cari mövsümdə Çempionlar Liqasının 4 turunda 8 dəfə fərqlənən Ronaldo bombardirlər yarışına liderlik edir. Portuqaliyalı ulduz indiyədək turnirdə 59 qola imza atıb və Andrey Şevçenko ilə birlikdə ən çox fərqlənənlər siyahısında 4-cü pilləni tutur. Çempionlar Liqasında ən çoq qolu Raul Qonzales vurub - 70. Lionel Messinin aktivində 63, Ruud Van Nistelrooyun aktivində isə 60 top var.

Xəbər 912 dəfə oxundu.