İspaniya çempionatının ən yaxşıları “Atletiko”lular oldu
İspaniya La Liqasında oktyabr ayının ən yaxşıları müəyyənləşib.

İspaniya Peşəkar Futbol Liqasının seçiminə əsasən "Atletiko"nun (Madrid) çalışdırıcısı Dieqo Simeone oktyabr ayının ən yaxşı baş məşqçisi olub.

Ayın ən yaxşı futbolçusu isə Madrid klubunun yarımmüdafiəçisi Koke seçilib.

Qeyd edək ki, "Atletiko"nun bu səviyyəyə gəlməsində böyük rol oynayan Dieqo Simeone FİFA-nın bu ilin ən yaxşı baş məşqçisi adına namizədlər siyahısına daxil edilməyib. Bu səbəbdən klub FİFA-nı tənqid edib

Xəbər 840 dəfə oxundu.