Levandovski: “Yeni klubumla razılığa gəlmişəm”
"Borussiya"nın (Dortmund) futbolçusu Robert Levandovski yeni mövsümdən başqa klubda forma geyəcək.

Bu barədə polşalı hücumçu Almaniya mətbuatına açıqlamasında deyib. Bildirib ki, artıq yeni klubu ilə razılığa gəlib. Ancaq R.Levandovski transfer olunacağını komandanın adını çəkmək istəməyib: "2014-cu il iyunun 30-a qədər "Borussiya"nın futbolçusuyam. Ancaq yeni klubla razılığa gəlmişəm. Klubun adını yanvar ayında açıqlayacam. Bu səbəbdən daha transfer təkliflərini qəbul etmirəm".

Qeyd edək ki, 25 yaşlı oyunçu ilə "Bavariya", "Barselona", "Çelsi" və Madrid "Real"ının maraqlandığı iddia edilir.

Xəbər 875 dəfə oxundu.