Kasilyas: “Real”dan getmirəm”
"Real"ın (Madrid) qapıçısı İker Kasilyas Madrid klubundan ayrılmaq niyyətində deyil.

Bu barədə təcrübəli qolkiper Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la oyundan (2:2) sonra İspaniya mətbuatına açıqlamasında deyib.

Bildirib ki, mövsümün sonuna qədər “Kral klubu”nun formasını geyəcək: "Bunu daha əvvəl də söyləməyimə baxmayaraq, dediklərimi başqa tərəfə yozurlar. Hətta müqaviləm bitənə qədər burada qalmaq istəyirəm. Bir ildən sonra nələrin olacağını bilmək çətindir. Amma burada xoşbəxtəm. Hazırda çox vaxt start heyətdə oynamağım çətin olsa da, bunun üçün mübarizə aparacam".

Qeyd edək ki, "Yuventus"la matçda İ.Kasilyas yaxşı oyunu ilə seçilib. Bu səbəbdən rəqib komandanın qolkiperi Buffon onu təbrik edib. Kasilyas isə həmkarının bu hərəkətinə sevindiyini deyib.

Xəbər 947 dəfə oxundu.