İmişlidə rayon birinciliyi keçirilib | |
İmişli rayon Gənclər və İdman idarəsi, təhsil şöbəsi və UGİM-i ilə birgə 1-5 noyabr tarixlərdə “Bayraq günü”nə həsr olunmuş voleybol üzrə ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilib. 2 saylı şəhər orta məktəbin idman zalında hər komandada 12 nəfər tərkib olmaqla 8 komanda iştirak edib. 1998-99-cu il təvəllüdlü məktəblilər arasında keçirilən bu yarışda 8 saylı birinciyə, 2 saylı ikinciyə və 3 saylı şəhər orta məktəbin komandası isə üçüncü yerə yerə layiq görülüblər. Yüksək yerlərə layiq görülmüş komandalar idarə tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar. |
|
Xəbər 855 dəfə oxundu. |
|
|