Səmti müəyyən etmə üzrə Türkdilli Dövlətlərinin Çempionatı keçiriləcək?
Türkiyənin mədəni paytaxtında səmti müəyyən edənlər arasında “Istanbul 5 days” beynəlxalq yarışı keçirilib. İdman.com.az xəbər verir ki, turnir İstanbulun tanınmış məkanları - Çeşməsi (Belgrad Forest), Büyükada (“The Prince”s İslands), Ulduz Park (Beşikdaş), Ciftalan (Qurdkəməri) və “Grand Bazaar”da təşkil olunub.

Bu rəqabətdə yerlilərlə yanaşı, Finlandiya, İsveç, Norveç, İtaliya, Danimarka, Avstriya, Almaniya, Estoniya, Rusiya, Ukrayna, Qazaxıstan klublarından olan idmançılar qatılıblar. Turnirin proqramına uzun və orta məsafələr, eləcə də sprint və super sprint yarışlar daxil idi.

Ölkəmizi bu sınaqda Səmti Müəyyən Etmə Federasiyasının prezidenti Mirəli Kazımov təmsil edib. O, sprintçilərin mübarizəsində qüvvəsini sınayıb. Sonra qaliblərinin mükafatlandırma mərasiminə fəxri qonaq qismində iştirak edib.

Yarış çərçivəsində Türkiyə səmti müəyyən etmə idman klublarının prezidentləri və ayrıca olaraq Türkiyə SMEİF-in Prezidenti T.Çolaqoğlu ilə Türkdilli Dövlətlərinin Çempionatının birgə keçirilməsi haqqında danışıqlar aparılıb.

Xəbər 2486 dəfə oxundu.