Messini şantaj edirlər
"Barselona"nın futbolçusu Lionel Messi Kataloniya klubunda ayrılması üçün şantaj olunur.

Dünyanın ən böyük idman geyimi markalarından olan "Adidas" argentinalı hücumçunun bu şirkətin formasını geyən bir komandaya transfer olunmasını istəyir.

Sözügedən markadan illik 20 milyon avro qazanan Messiyə "Çelsi"dən təklif gəlsə də, o, bunu rədd etmişdi.

Ancaq "Adidas" bu dəfə futbolçunun "Çelsi", "Real" (Madrid), "Bavariya" kimi klublara transfer olunması üçün Messini şantaj edib. “Adidas” futbolçunun Kataloniya klubundan ayrılmayacağı təqdirdə onunla sponsorluq müqaviləsini ləğv edəcəyini bildirib.

Messinin bundan sonra hansı qərar verəcəyi maraqla gözlənilir.

Xəbər 834 dəfə oxundu.