Arda Turan yenə oynamayacaq
"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan Çempionlar Liqasının qrup mərhələsində bu gün baş tutacaq "Avstriya" ilə matçda forma geyə bilməyəcək.

Sözügedən qarşılaşma üçün 21 nəfərlik heyətə türk yarımmüdafiəçinin adı salınmayıb.

4 oyundur ki, zədə səbəbindən forma geyə bilməyən və son iki gündə komandanın məşqlərinə qatılan Ardanı baş məşqçi Dieqo Simeone oynatmağa tələsmir.

Qeyd edək ki, Madrid klubu bu axşam baş tutacaq qarşılaşmada qələbə qazanarsa, qrupdan çıxmağı özü üçün təmin edəcək.

Xəbər 899 dəfə oxundu.