Pele: "Kostanın seçiminə hörmətlə yanaşmalıyıq"
Braziliya futbolunun canlı əfsanəsi Pele "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kostanın İspaniya millisini seçməsinə münasibət bildirib.

Pele Kostanın seçiminə hörmətlə yanaşmalı olduqlarını deyib:

"Düşünürəm ki, biz Kostanın seçiminə hörmət etməliyik. Belə seçimin olması onun üçün bir üstünlük idi. Onu qınamaqdansa, dəstəkləmək lazımdır. Kosta Braziliya millisinə dəvət almadığı üçün İspaniyanı seçdiyini izah etməyə çalışırdı. Artıq bu haqda danışmağın əhəmiyyəti yoxdur. Kostanın seçiminə hörmətlə yanaşmalıyıq".

Xəbər 907 dəfə oxundu.