Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Oktyabr ayının 30-dan noyabr ayının 2-dək Azərbaycan Tibb Universitetinin idman zalında Azərbaycan Kuboku keçirilib. 13 kişi və 7 qadın komandasının mübarizə apardığı tədbirdə Aztelekom-un, Bakı Tennis Məktəbinin, “Təhsil” RİM-in, “Neftçi” –nin tennisçiləri ilə yanaşı Sumqayıt, Şəki, Şabran, Şirvan, Balakən, Samux idmançıları da mübarizə aparıb.

Çempionatın qalibləri aşağıdakı qaydada müəyyənləşib.

Komanda yarışları (kişilər)

I yer “Təhsil” RİM (Bakı)
II yer “Təhsil” RİM (Sumqayıt)
III yer Bakı Tennis Məktəbi

Komanda yarışları (qadınlar)

I yer “Aztelekom” İB
II yer “Təhsil - 1” (Sumqayıt)
III yer “Təhsil - 2” (Sumqayıt)

Qoşa yarışlar (kişilər)

I yer Hilal Həsənov – Ramil Cəfərov
II yer Rüstəm Əliyev – Xəyal Həşimli
III yer Anar Məmmədov – Nurlan Həsənov

Qoşa yarışlar(qadınlar)

I yer Səbinə Əhmədova – Məryəm İmanova
II yer Rüfət Quliyeva – Zərif Əliyeva
III yer Dinarə Məmmədova – Şərmin Şirinova

Qoşa qarışıq yarışlar

I yer Səbinə Əhmədova – Sənan Əliyev
II Məryəm İmanova – Ramil Cəfərov
III yer Dinarə Məmmədova – Anar Məmmədov

Şəxsi yarışlar (kişilər)

I yer Hilal Həsənov (Bakı Tennis Məktəbi)
II yer Rüstəm Əliyev (“Təhsil”- Sumqayıt )
III yer Ramil Cəfərov (“Təhsil”- Bakı )

Şəxsi yarışlar (qadınlar)

I yer Səbinə Əhmədova (“Aztelekom” İB- Bakı)
II yer Rüfət Quliyeva (“Aztelekom” İB- Bakı)
III yer Məryəm İmanova (“Təhsil”RİM- Sumqayıt)

Yarışın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları və Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

Xəbər 1541 dəfə oxundu.