Ouen: “Futboldan at yarışına görə getdim”
İngiltərə millisinin keçmiş oyunçusu Maykl Ouen futbolçu karyerasını bitirməsinin səbəbləri haqda danışıb.

Sahib olduğu Broun Panter adlı atının qatıldığı bir yarışmanı izləməyə gələn keçmiş hücumçu məhz bu cür turnirlərdə iştirak etmək üçün futbolda getdiyini deyib: "At yarışlarına baxmaq mənə xüsusi zövq verir. 15 ildir at yarışlarına qatılıram. "Melbrun" kubokunu qazanan ilk ingilis olmaq istəyirəm".

Qeyd edək ki, M.Ouen futbolçu karyerası ərzində "Liverpul", "Real" (Madrid), "Nyukasl", "Mançester Yunayted"də forma geyib.

Xəbər 1376 dəfə oxundu.