Oleq Pavlenkonun xatirəsinə həsr olunmuş blits-turnir keçirilib
Respublika Şahmat Mərkəzində Azərbaycan şahmatçısı – FİDE ustası Oleq Pavlenkonun xatirəsinə həsr olunmuş blits-turnir keçirilib.

Turnirin açılışında Azərbaycan milli yığmasının məşqçisi Fikrət Sideifzadə, “Gənclik” şahmat klubunun direktoru Gennadi Gelman və Veteran Şahmatçılar Birliyinin rəhbəri Tofiq Ağayev çıxış ediblər. Onlar O.Pavlenkonun yaradıcılıq yolundan və Azərbaycanda şahmatın inkişafına töhfəsindən danışıblar.
İsveçrə sistemi üzrə 7 turda keçirilmiş turnirdə 20 şahmatçı iştirak edib.

Qaliblərə qiymətli mükafatlar təqdim olunub. Asəf Abdullayev 7 mümkün xaldan 6 xal toplayaraq birinci yerə çıxıb. İkinci yerdə 5,5 xalla Ələmdar Məmmədov, üçüncü yerdə isə 5 xalla Niyaz Hüseynov olublar.

Yelena Qorina və Rüfət Abdullayev xüsusi mükafatlara layiq görülüblər. Blits-turnirin təşkilatçısı “Gənclik” şahmat klubu olub.

Xəbər 813 dəfə oxundu.