Klopp: “Barselona”nın futbolundansa, tennis oynamaq yaxşıdır”
"Borussiya"nın (Dortmund) baş məşqçisi Yurgen Klopp "Barselona"nın oyununu tənqid edib.

Kataloniya klubunun oyununu bəyənmədiyini bildirən alman mütəxəssis deyib: "Son dörd ildə gördüyüm "Barselona" belə rahatlıqla 5:0, 6:0 hesablı qələbə qazanır. Amma bu cür futboldansa, mən tennis oynamağı seçərəm. Bu, mənim idmanım deyil. Topa 80 faiz sahib olaraq qalib gəlməyə sevmirəm. Mənim üçün bu, yetərli deyil".

Y.Klopp bildirib ki, o, savaşçı bir oyun tərzini sevir: "Mənim bəyəndiyim əsl mübarizənin olduğu futboldur”.

Xəbər 937 dəfə oxundu.