Arda Turandan şad xəbər
"Atletiko"nun (Madrid) futbolçusu Arda Turanın zədəsi tam sağalıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İki həftədən sonra komanda ilə birlikdə məşqlərə başlayan türk yarımmüdafiəçinin Çempionlar Liqasının qrup mərhələsində çərşənbə günü oynanılacaq "Avstriya" ilə matçda forma geyəcəyi gözlənilir.

Qeyd edək ki, Arda son vaxtlar ağır yüklənməyə məruz qaldığı üçün sağ ayaq əzələsindən zədələnmişdi.

Xəbər 1036 dəfə oxundu.