Mançini: "O zaman "Qalatasaray" daha güclü idi"
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə oyunöncəsi açıqlama verib.

İtaliyalı mütəxəssis səfər oyunlarının onlar üçün çətin olduğunu deyib: "Komandam 13 il əvvəl UEFA kubokunu məhz bu stadionda qazanıb. Bu səbəbdən qarşılaşmanın burada oynanılmasının bizim üçün üstünlük olacağını bilmirəm. Çünki o zaman "Qalatasaray" daha güclü idi. Biz bu gün sadəcə oyunumuzu düşünəcəyik. Beş həftədə nəyicə dəyişmək çox çətindir. Zamana ehtiyacımız var. Komanda yaxşılığa doğru irəliləyir. Qrupda istədiyimizi edə bilərik".

Zədəli olan futbolçular barədə də danışan Mançinin Sneyder və Musleranın yoxluğunun hiss olunacağını bildirib: " Ancaq onların yerini doldura biləcək başqa oyunçularımız var.

Xəbər 990 dəfə oxundu.