AFFA prezidenti baş məşqçinin taleyinə aydınlıq gətirdi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev milli komanda və yığmanın baş məşqçisi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Federasiya prezidenti deyib ki, Belçika və Qazaxıstanla oyunlarda qazanılan uğurlu nəticələrə görə futbolçulara mükafat veriləcək, ancaq o qədər yox. Futbolçular mükafatdan daha çox özlərini bərpa etmək haqda düşünməlidirlər.

Media nümayəndələri ilə görüşündə jurnalistlərin daha çox mükafatla bağlı suallar verməsinə irad tutan Abdullayev daha sonra Berti Foqtsun gələcək taleyinə münasibət bildirib: “Foqtsun hələ qarşıda iki sınağı var. Onun taleyi məhz Avstriya və Türkiyə ilə oyunlardan asılıdır. Yalnız bundan sonra Foqtsun komandadakı taleyinə aydınlıq gələcək”.

AFFA prezidenti bildirib ki, əgər uğurlu nəticələr olarsa, Foqts vəzifəsində qalacaq: “Bununla da, 2014-cü il dünya çempionatının seçmə mərhələsi ilə bağlı strategiyamızı müəyyənləşdirəcəyik. Azərbaycan millisinin 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatında iştirak etmək şansı var. Çünki 2016-cı il Avropa çempionatının final mərhələsində 16 yox, 24 komanda iştirak edəcək”.

Xəbər 977 dəfə oxundu.