Messinin atası: "Oğlum yenidən zədələnməsindən qorxur"
"Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin atası Xorke Messi oğlunun son durumu haqda danışıb.

Xorke oğlunun yenidən zədələnəcəyindən narahat olduğunu bildirib:

"Son zədə Messiyə mənfi təsir göstərib. Oğlum yenidən zədələnməsindən qorxur. Ona görə də bir qədər ehtiyatlı oynayır. Ancaq inanıram ki, Messi tezliklə əvvəlki səviyyəsinə qayıdacaq".

Qeyd edək ki, Messi meydana çıxdığı son 4 oyunda qol vura bilmir.

Xəbər 982 dəfə oxundu.