"Dieqo Kosta hər keçən gün daha da böyüyür"
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone futbolçusu Dieqo Kosta haqda müsbət fikirlər səsləndirib.

O, klubun əldə etdiyi uğurlarda 25 yaşlı hücumçunun böyük rolu olduğunu deyib:

"Kosta böyük bir futbolçudur. Mükəmməl qollar vurur. Hər keçən gün daha da böyüyür. Qol vurmaqla yanaşı, topu qazanmaq üçün də çalışır. Bütün bunlar isə onu daha yaxşı futbolçu edir".

Qeyd edək ki, D.Kosta bu mövsüm La Liqada forma geydiyi 12 matçda 13 qol vurub.

Xəbər 857 dəfə oxundu.