Üç qol vurub uduzan 23-cü uğursuz komanda
“Qəbələ” Topaz Premyer Liqasının 12-ci turunda 3 qol vursa da meydanı xalsız tərk edib.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”la qarşılaşmada məhsuldarlıq nümayiş etdirən Yuri Syominin komandası rəqibinə 3:4 hesabı ilə uduzub.

1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində bunadək 22 dəfə belə hadisə yaşanmışdı.

Qeyd edək ki, indiyədək “Qarabağ” heç vaxt 3 qol buraxdığı görüşlərdə 3 xal qazanmamışdı. Elə “Qəbələ” də bu qədər qol vuranda xalsız qalmamışdı. Azərbaycan çempionatları tarixində 3-dən artıq qol vurub uduzan komanda olmayıb.


05.05.1992 Avtomobilçi (Yevlax) - Ümid (Cəlilabad) 4:3
13.10.1992 Kəpəz (Gəncə) - Xəzər (Sumqayıt) 4:3
30.06.1993 Nicat (Maştağa) - Kəpəz (Gəncə) 3:6
09.12.1993 Kəpəz (Gəncə) - Kür-Nur (Mingəçevir) 4:3
05.05.1994 Pambıqçı (Bərdə) - Turan (Tovuz) 3:4
15.05.1994 Avtomobilçi (Yevlax) - Xəzər (Lənkəran) 3:8
19.10.1994 Kəpəz (Gəncə) - Kür-Nur (Mingəçevir) 6:3
15.10.1995 Kür-Nur (Mingəçevir) - OİK (Bakı) 5:3
19.11.1995 Kür-Nur (Mingəçevir) - Pambıqçı (Neftçala) 5:3
20.04.1996 Bakı fəhləsi (Maştağa) - Pambıqçı (Neftçala) 6:3
13.04.1997 Azərbaycan U-18 - Pambıqçı (Neftçala) 5:3
15.08.1998 Kimyaçı (Sumqayıt) - Şahdağ (Qusar) 8:3
02.12.2001 MOİK (Bakı) - Araz (Naxçıvan) 4:3
17.10.2004 Karvan (Yevlax) - Turan (Tovuz) 4:3
04.12.2004 İnter (Bakı) - Turan (Tovuz) 4:3
29.05.2006 Gəncə - MOİK (Bakı) 5:3
29.03.2008 Simurq (Zaqatala) - İnter (Bakı) 3:4
05.12.2009 Standard (Sumqayıt) - Bakı 3:4
19.05.2011 Simurq (Zaqatala) - Gəncə 4:3
07.03.2012 AZAL (Bakı) - Sumqayıt Şəhər 6:3
13.05.2013 Turan (Tovuz) - Kəpəz (Gəncə) 3:5
14.05.2013 Rəvan (Bakı) - AZAL (Bakı) 3:5
03.11.2013 Qarabağ (Ağdam) – Qəəbələ 4:3

Xəbər 988 dəfə oxundu.