“Sumqayıt” futbol klubunun əvəzediciləri AZAL-ı məğlub ediblər
Əvəzedici heyətlərin ölkə birinciliyində 12-ci turun son iki oyunu keçirilib.

Klubun əvəzediciləri doğma azarkeşləri qarşısında AZAL-ı 3:2 hesabı ilə məğlub ediblər.

“Sumqayıt”dan qolları Fariz Nəcəfov, Bayram Nuruzadə, Ruslan Nəsirli, AZAL-dan isə Natiq Kərimi, və Kərim Diniyev vurublar.
Komandaların əsas heyətləri isə bu gün M. Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yeni meydançasında qarşılaşacaqlar.

Xəbər 718 dəfə oxundu.