Saşa Yunisoğlu komandasına qələbə qazandırdı
Türkiyə PTT Birinci Liqasında 11-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçuların çıxış etdiyi “Dənizlispor” klubu bu gün növbəti matçına çıxıb.

Səfərdə "Karşıkaya"nın qonağı olan Denizli temsilçisi 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu milli komandamızın sabiq üzvü Saşa Yunisoğlu vurub.

Qeyd edək ki, "Dənizlispor" 11 xalla 16-cı pillədə yer alıb.

Xəbər 877 dəfə oxundu.