"Qızıl top" mükafatına namizəd yeganə qapıçı danışdı
"Bavariya" klubunun qapıçısı Manuel Noyer namizəd olduğu "Qızıl top" mükafatı haqda fikirlərini bölüşüb.

Almaniyalı qolkiper bu mükafatı "Bavariya"dan birinin qazanmasını istədiyini bildirib:

"Fəxr edirəm ki, "Qızıl top" mükafatına namizəd yeganə qapıçıyam. Ancaq istərdim ki, bu mükafatı "Bavariya"nın hər hansı bir futbolçusu qazansın. Ötən mövsüm bütün titullara sahib çıxdıq. Bunun üçün keçmiş baş məşqçim Yupp Haynkesə təşəkkür edirəm".

Qeyd edək ki, "Qızıl top" mükafatına namizədlər sırasında "Bavariya"dan Noyerlə yanaşı, Filipp Lam, Frənk Riberi, Aryen Robben, Bastian Şvaynştayqer və Tomas Müller də var.

Xəbər 950 dəfə oxundu.