Türk Dünyası mədəniyyət paytaxtından 3 qızıl və 2 gümüş medal
Türkiyənin Eskişehir şəhərində Türk Dünyası Mədəniyyət günləri çərçivəsində yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Turnirdə iştirak edən güləşçilərimiz 3 qızıl və 2 gümüş medala sahib olub.

Yeniyetmələrdən ibarət yığma komandanın məşçqiləri Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında turnirə qatılan Əliabbas Rzazadə (42 kq), Sabutay Əmişov (46 kq) və Əfqan Xaşalov (50 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vurub və qızıl medal qazanıb. Yalnız finalda məğlub olan Mahir Əmiraslanov (58 kq) və Pənah İlyaslı (63 kq) gümüş medalla kifayətlənib.

Xəbər 1014 dəfə oxundu.