İbrahimoviç özünü bir daha xatırlatdı
Karyerası boyunca Ronaldo və Messinin kölgəsində qalan Zlatan İbrahimoviç Çempionlar Liqasında Anderleçtenin atdığı 4 qolla özünü bir daha xatırlatdı.

Fransız mətbuatı, Paris Saint- Germainli oyunçunu FIFA qızıl top mükafatının ən böyük favoritlərindən biri olaraq göstərir.
Real Madrid texniki direktoru Karlo Ancelotti də köhnə şagirdinə təriflər yağdırıb.

Ancelotti keçən mövsüm Paris qrupunda birlikdə çalışdığı İbrahimoviçin dünyanın ən yaxşı 3 oyunçusundan biri olaraq göstərdi. İspan mətbuatında iştirak edən İbrahimoviçin Real Madridə transfer ola biləcəyi xəbərlərini qiymətləndirən İtalyan texniki: "Mənim üçün dünyanın ən yaxşı 3 oyunçusu Ronaldo , Messi və İbrahimoviç ... Ancaq onu transfer edə bilmərəm. Paris Saint- Germain ilə çox böyük bir kontraktı var və özünün də klubundan ayrılmaq istədiyinə inanmıram".

Paris Saint- Germain ilə müqaviləsini 1 il daha uzadan İbrahimovic Fransadakı super vergi tətbiqinə qarşı, klubundan illik dəqiq 15 milyon avro qazanır.

Aynurə Pənahqızı

Xəbər 895 dəfə oxundu.