Çelsi Bertrand Traore ilə yenidən müqavilə imzaladı
Çelsi öz gənc komandasında iştirak edən 18 yaşlı orta sahə oyunçusu Bertrand Traore ilə 4,5 illik müqavilə imzalayıb.

İdman.com.az saytının məlumatına görə, klubun rəsmi internet saytından edilən şərhdə, gənc orta sahə oyunçusu ilə 4,5 illik müqavilə imzalandığı və bundan məmnuniyyət duyulduğu ifadə edilib.
      
2011-ci ildə Burkino Faso milli komandası ilə ilk matçına 15 yaşındaykən çıxan gənc idmançı milli formasını 10 dəfə geyinmiş və bu matçlarda qol vurma müvəffəqiyyətini göstərə bilmişdi.

Qeyd edək ki, Çelsinin keçən yaz təşkil etdiyi Asiya Turunda oynadığı 3 matçın müəyyən hissələrində sınanan Traore, Malayziya və İndoneziya komandaları qarşısında qol vuraraq texniki direktor Jose Mourinhonun diqqətini çəkməyi bacarıb.


Aynurə Pənahqızı

Xəbər 1032 dəfə oxundu.