Şəkidə şəhər birinciliyi keçirilib
Oktyabrın 31-də Şəki şəhər Gənclər və İdman İdarəsinin təqvim planına əsasən ali və orta ixtisas peşə məktəblərinin qız və oğlan komandaları arasında Şəki şahmat məktəbində dama üzrə şəhər birinciliyi keçirilib.

Sonda qızlar arasında birinciyə Texniki, ikinciyə Pedaqoji kollec, üçüncü yerə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının komandaları; oğlanlar arasında birinciyə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, ikinciyə Pedaqoji , üçüncü yerə Texniki kollecin komandaları layiq görülüblər.

Qalib komandalar idarənin diplomları təltif olunublar.

Xəbər 1075 dəfə oxundu.