Rayan Qiqqz Uels millisini çalışdıra bilər
"Mançester Yunayted" klubunun futbolçusu Rayan Qiqqz mövsümün sonundan Uels millisini çalışdıra bilər.

Mövsümün sonunda futbolçu karyerasını başa vuracağı gözlənilən Qiqqzə Uels Futbol Federasiyasından (UFF) təklif gəlib.

Hazırki baş məşqçi Kris Koulmenin işindən narazı qalan federasiya bu posta əsas namizəd kimi məhz Giqqzi görür. Lakin 39 yaşlı futbolçu hələlik bu təklifə heç bir münasibət bildirməyib. Qiqqzin hansı qərarı verəcəyi indidən böyük maraqla gözlənilir.

Qeyd edək ki, Qiqqz 1991-2007-ci illərdə Uels millisinin şərəfini qoruyub. Futbolçu çıxdığı 64 oyunda 12 dəfər rəqib qapılarına yol tapıb

Xəbər 1022 dəfə oxundu.