Qətərdə Zidan – Materatsi abidəsi götürüldü
Qətərin paytaxtı Dohada sabiq futbolçu Zinəddin Zidanın Marko Materatsi ilə insidentini əks etdirən abidə götürülüb.

Bu barədə şəhər rəhbərliyi qərar qəbul edib.

Doha rəsmiləri hesab edirlər ki, 2006-cı il dünya çempionatında Fransa və İtaliya yığmaları arasında keçirilmiş matç zamanı Zidanın Materatsiyə kəllə atdığı epizod diqqətə layiq deyil.

Abidə oktyabrın əvvəllərində Əlcəzair əsilli fransalı heykəltəraş Adel Abdessəməd tərəfindən quraşdırılıb. Mühafizəkar müsəlmanlar bu işdən narazılıqlarını ifadə ediblər. Onların fikrincə, bu heykəl bütpərəstliyə xidmət edir. Abidə əleyhinə digər mövqe isə bu olub ki, qeyri-idman hərəkətini təsvir etmək düzgün deyil.

Qeyd edək ki, abidənin hündürlüyü 5 metr olub.

Lent.az

Xəbər 914 dəfə oxundu.