Astarada zona birinciliyi keçirilib
24-28 oktyabr tarixlərində Astara Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 2013-cü il idman növləri üzrə təqvim planına uyğun olaraq 12-13 yaşlı yeniyetmələr arasında mini futbol üzrə idman məktəblərinin VI Respublika Oyunlarının respublika zona birinciliyi keçirilib.

Astara rayon Gənclər və İdman İdarəsi və Astara Olimpiya İdman Kompleksinin rəhbərliyi yarışın yüksək səviyyədə təşkilindən ötrü müvafiq şərait yaradıblar.

Yarışda Lənkəran, Masallı, Lerik, Biləsuvar,Cəlilabad, Neftçala Saatlı, İmişli,
Beyləqan, Səlyan komandaları iki yarımqrupda mübarizə aparıblar.

Hər iki yarımqrupda rəqiblərinə qalib gələn Saatlı və Lənkəran komandaları final mərhələsinə vəsiqə qazanıblar.

Sonda rayonu təmsil edən Uşaq Gənclər və İdman Məktəbinin 12-13 yaşlı futbolçuları Bərdə rayonunda keçirilən Respublika birinciliyinin zona yarışında yüksək oyun nümayiş etdirərək fəxri qazanıb və final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər 1172 dəfə oxundu.