Goranboyda “Şən startlar” əyləncəli idman oyunu keçirilib
Oktyabrın 30-da Goranboyda “Şən startlar” əyləncəli idman oyunu keçirilib.

Goranboy şəhəri 3 saylı o/m-in idman zalında 27 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, uşaqların fiziki hazırlıqlarının yüksəldilməsi, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi, komanda idman növünün təbliği olub.

Sonda qaliblər mükafatlandırılıb, tədbir keçirilən məktəbə idman avadanlıqları və müxtəlif inventarlar hədiyyə olunub.

Xəbər 1198 dəfə oxundu.