"Atletiko"nun futbolçusu vətəndaşlıqdan çıxarılır
"Atletiko"nun (Madrid) futbolçusu Dieqo Kostanın İspaniya millisini seçməsi ona baha başa gələ bilər.

Braziliya Futbol Federasiyası (BFF) hücumçunun Braziliya vətəndaşlığının əlindən alınması tələbi ilə çıxış edib. Artıq bununla bağlı ölkənin Ədliyyə Nazirliyinə müraciət də olunub.

BFF-nin hüquq işləri üzrə direktoru Karlos Lopez Kostanın maddiyyatı əsas götürərək İspaniya millsini seçdiyini deyib: "Kosta bizə məktub göndərərək Braziliyanı sevdiyini yazıb. Bu necə sevgidir ki, buranı sevə-sevə İspaniyanı seçir? Biz işimizə hüquqi sahədə davam edəcəyik".

Qeyd edək ki, Kostanın həmçinin Braziliyada qeyri-rəsmi "arzuolunmaz şəxs" elan edildiyi və onun ölkəsinə gələcəyi təqdirdə etirazlara məruz qalacağı bildirilib.

Xəbər 945 dəfə oxundu.