“Məktəblərdə futbol dərsi” layihəsinin açılışı oldu
Binə qəsəbəsindəki 136 nömrəli orta məktəbin ərazisində AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada “Məktəblərdə futbol dərsi” layihəsinin açılışı olub.

Tədbirdə Azərbaycan milli komandasının və Bakının “İnter” klubunun üzvü Vaqif Cavadov iştirak edib.
Məktəbin direktoru Lütfiyyə Qasımova çıxış edərək iştirakçıları salamlamışdır. Sonra L.Qasımova və Vaqif Cavadov topa ilk toxunuş ediblər. Tanınmış futbolist şagirdlərə avtoqraf verib.

Qeyd edək ki, 136 nömrəli orta məktəbdə bu layihə 410 şagirdi əhatə edəcəkdir.

Xəbər 879 dəfə oxundu.