Topaz Premyer Liqanın üç oyunu canlı yayımda
Topaz Premyer Liqasının 12-cı turunun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, futbolsevərlər "İdman Azərbaycan" və AzTV vasitəsilə aşağıda göstərilən oyunları canlı izləyə biləcəklər.

1 noyabr (cümə)

“Bakı” – “Simurq”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00 (canlı, “İdman Azərbaycan”)

2 noyabr (şənbə)

“Neftçi” – “Xəzər Lənkəran”
“Bakcell Arena” stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)

03 noyabr (bazar)

“Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu, 17:00 (canlı, AZTV)

Xəbər 1079 dəfə oxundu.