“Real”da Zidanların sayı artır
"Real"ı əfsanəvi oyunçusu və hazırda komandada köməkçi məşqçi olaraq çalışan Zinəddin Zidanın daha bir oğlu Madrid klubunda forma geyəcək .

Onun yeddi yaşlı oğlu Eliaz "Kral klubu"nun aşağı yaş qrupu üzrə komandasına qəbul edilib.

Qeyd edək ki, Zidanın digər oğulları da "Real"da forma geyir. 18 yaşlı Enzo yarımmüdafiəçidir. Onun yaxın vaxtlarda əsas komandaya çağırılacağı özlənilir. Zidanın “Real”da oynayan digər iki oğlu - 15 yaşlı Luka qapıçı, 11 yaşlı Teo isə hücumçudur.

Xəbər 848 dəfə oxundu.