Mata: "Çelsi" istənilən rəqibi məğlub edə bilər"
"Çelsi" klubunun futbolçusu Xuan Mata liqa kubokunda "Arsenal"la oyundan sonra (2:0) iddialı açıqlamalarla yadda qalıb.

"TalkSPORT" danışan ispaniyalı yarımmüdafiəçi istənilən rəqibi məğlub edə biləcəklərini deyib:

"Bizim üçün çox önəmli bir həftə idi. "Mançester Siti" və "Arsenal"ı məğlub etməklə istənilən rəqibə qalib gələ biləcəyimizi sübut etdik. Lakin çempionluq haqda danışmaq tezdir. "Çelsi"də çox xoşbəxtəm. Azarkeşlərin dəstəyini hər zaman hiss edirəm. Onlar üçün oynayıram və qol vurmağa çalışıram".

Qeyd edək ki, Mata bu mövsüm "Çelsi"nin heyətində 5 oyunda meydana çıxıb.

Xəbər 881 dəfə oxundu.