"Araz-Naxçıvan" 1/8 finala adladı
Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda bir oyun keçirilib. İdman.com.az xəbər verir ki, “Araz-Naxçıvan” doğma divarlar arasında “Ağsu” klubunu qəbul edib.

Oyunda yeganə qolu 108-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Çobanov vurub. Bu qol "Araz-Naxçıvan"ı növbəti mərhələyə daşıyıb.

"Araz-Naxçıvan" 1/8 finalda “Simurq”la qarşılaşacaq.

Xəbər 985 dəfə oxundu.