"Dinamo"nun futbolçusu "Fənərbaxça"nın hədəfində
Türkiyənin "Fənərbaxça" klubu qışda transfer etmək istədiyi futbolçunun adını açıqlayıb.

İstanbul təmsilçisi "Dinamo" (Moskva) klubunun hücumçusu Kevin Kuraynini transfer etmək niyyətindədir.

"Fənərbaxça" klubu almaniyalı futbolçunu Avropa klublarının maraq dairəsində olan Musa Sounun alternativi kimi düşünür. Sou "Fənərbaxça"dan gedəcəyi təqdirdə, "sarı lacivərdli" komanda məhz Kurayni ilə hücum xəttini gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, 2010-cu ildən "Dinamo"da çıxış edən Kurayni keçirdiyi 87 oyunda 33 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 992 dəfə oxundu.