Arda Turan: “Zədəm ciddi deyil”
"Atletiko"nun (Madrid) zədəli futbolçusu Arda Turan hazırkı durumu haqda açıqlama verib.

26 yaşlı yarımmüdafiəçi Türkiyə mətbuatına zədəsinin ciddi olmadığını deyib. Ancaq buna baxmayaraq, o, La Liqada "Qranada" ilə matçda forma geyməsinin çətin olduğunu bildirib.

Qeyd edək ki, Arda son vaxtlar ağır yüklənməyə məruz qaldığı üçün sağ ayaq əzələsindən zədələnmişdi.

Xəbər 858 dəfə oxundu.