Braziliyalı futbolçu qətlə yetirildi
Braziliyada keçmiş futbolçulardan biri olan Juan Rodriqo Silva Santos dəhşətli işgəncə ilə qətlə yetirilib.

O, işdən evinə gedərkən naməlim iki şəxs tərəfindən qaçırılıb. Bir neçə gündən sonra isə keçmiş oyunçunun kəsilmiş başı çantanın içinə qoyularaq yaşadığı evin önünə atılıb. Onun gözünün oyulduğu və dilinin də çıxarıldığı məlum olub.

Hadisə bağlı istintaq aparan polislər hələlik qətlin hansı səbəbdən yerinə yetirildiyinin məlum olmadığını açıqlayıb. Braziliya mətbuatı isə Santosun narkomafiya tərəfindən qətlə yetirildiyini iddia edib.

Xəbər 924 dəfə oxundu.